Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ankarada Suriya ilə bağlı danışıqlar olub
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
Danışıqlar zamanı əsasən Suriyadakı vəziyyət müzakirə olunub. Həmçinin ikitərəfli münasibətlər və regional məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, İran XİN rəhbərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər