Martın 13-də Ankarada törədilən parlayışın məsuliyyətini TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” terror təşkilatının saytına istinadən məlumat yayıb.
Ankarada martın 13-də törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
11:05
Canlı bomba Özügür Ünsalın Zonquldaqda qeydiyyatda olduğu və uzun müddətdir ki, Ankarada yaşadığı müəyyən edilib.
Oxu.Az milliyet.com-a istinadən xəbər verir ki, Ankarada həyata keçirilən terror aktının ikinci canlı bombası olduğu iddia edilən Özgür Ünsal əslində Zonquldaqda qeydiyyatda olduğu aşkar edilib.
Ünsal qulağında çirk yığıldığı səbəbi ilə 2008-ci ilin avqust ayının 10-da Zonquldak Atatürk Dövlət xəstəxanasında təcili yardıma müraciət etdiyi üzə çıxıb.
Özgür Ünsalın anası G.Ünsal və atası A.S.Ünsalın ayrıldıqları, özünü isə Ankarada Çankayada yaşadığı bildirilib. 26 yaşlı Ünsal 2008-ci ildə də yaşadığı ünvan kimi Çankayanı göstərib.