BMT Baş Assambleyası Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbokun Assambleyanın 80-ci sessiyasının sədri təyin olunmasına səs verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Berbok bu vəzifəyə yeganə namizəd olub.
BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabr ayında öz işinə başlayacaq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berboku təşkilatın ən böyük orqanının yeni sədri seçməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat verib.
Berbok BMT-nin Baş Assambleyasında rəhbər vəzifə üçün heç bir rəqibsiz yarışır. Bu vəzifə müəyyən mənada simvolik xarakter daşıyır və Antonio Quterreşin tutduğu BMT-nin baş katibi postu ilə qarışdırılmamalıdır.
Siyasətçinin rəsmi andiçmə mərasimi 2025-ci il, sentyabrın 9-da dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli qonaqların iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrindən bir qədər qabaq baş tutmalıdır. Vəzifə üzrə səlahiyyət müddəti bir ildir.