Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək
"Apple" korporasiyası 2025-ci ildən etibarən yeni smartfon modellərində fiziki SIM kart yuvalarını ləğv etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Information" məlumat yayıb.
Məlumata əsasən, şirkət "iPhone 17 Air" modeli üzərində işləyir. Bu cihazın "Apple" xəttində ən nazik smartfon olacağı gözlənilir. Müəlliflər qeyd ediblər ki, brendin yeni cihazlarında fiziki SIM kart yeri olmayacaq və mobil rabitə yalnız eSIM texnologiyası vasitəsilə təmin ediləcək.
Beləliklə, "Apple" simsiz texnologiyalara doğru irəliləməkdə növbəti addımını atmağa hazırlaşır.
"Apple şirkəti" teqi üzrə xəbərlər
- Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı
- Dördüncü nəsil "iPhone SE" smartfonunun təqdimatı təxirə salındı
- İki nəhəng şirkət süni intellekt hazırlayır
- "Apple" 18 illik özəlliyindən imtina edir
- Britaniyadan "Apple"a qarşı tələb: "Casusluq etmək imkanı ver"
Ən çox oxunanlar