Aralıq dənizi sahillərində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadla xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 17:23-də (Bakı vaxtı ilə saat 18:23 - red.) qeydə alınıb.
Zəlzələnin episentri Kiprin Baf şəhərinin sahilləri olub, yeraltı təkanların ocağının dərinliyi 18.84 kilometr təşkil edib.
Bu gün Aralıq dənizi sahillərində üç yeraltı təkan qeydə alınıb.
Oxu.Az Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, 5.2 bal gücündə birinci yeraltı təkan Türkiyə vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 13:31-də) baş verib, episentri 15.46 kilometr dərinlikdə yerləşib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) November 12, 2025
Büyüklük:5.2 (Mw)
Yer:Akdeniz
Tarih:2025-11-12
Saat:12:31:22 TSİ
Enlem:34.61639 N
Boylam:32.44333 E
Derinlik:15.46 km
Detay:https://t.co/ccPpahyUXr@afadbaskanlik @trthaber @anadoluajansi
4.8 baş gücündə ikinci zəlzələ saat 12:36-da (Bakı vaxtı ilə 13:36) 3.89 kilometr dərinlikdə qeydə alınıb.
Agentliyin digər məlumatına görə, 3.5 bal gücündə üçüncü yeraltı təkan saat 12:41-də (Bakı vaxtı ilə 13:41-də) qeydə alınıb, episentri 16.13 kilometr dərinlikdə olub.