Avropa İttifaqı Suriyaya qarşı tətbiq etdiyi bütün iqtisadi sanksiyaların ləğv olunduğunu elan edib. Bu qərara əsasən, Suriyanın 24 qurumu, o cümlədən Mərkəzi Bankı, eləcə də neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər "qara siyahı"dan çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı rəsmi açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, ləğv edilən məhdudiyyətlər yalnız təhlükəsizlik məsələlərinə - xüsusilə terrorla mübarizəyə yönəlmiş sanksiyalara şamil edilmir və həmin tədbirlər qüvvədə qalır.