ABŞ Prezidenti Donald Tramp iyulun 1-dən Suriyaya qarşı sanksiya rejimini ləğv edən sərəncam imzalayıb və dövlət katibi Marko Rubioya Suriyanın "terrorçuluğun sponsoru" statusunu nəzərdən keçirməyi tapşırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
"Prezident Tramp ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək üçün Suriyaya qarşı sanksiyalara son qoyan icra sərəncamını imzalayıb. Sərəncam Suriyaya qarşı sanksiyaları ləğv edir, eyni zamanda keçmiş Suriya prezidenti Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara, narkotik tacirlərinə və kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslərə qarşı sanksiyaları davam etdirir", - bəyanatda deyilir.
Qeyd edək ki, ABŞ Suriyaya qarşı sanksiyalar rejimini 2004-cü ildə tətbiq etmişdi.