Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa Komissiyasından "Apple" və "Meta"ya 700 milyon avroluq cərimə
Avropa Komissiyası (AK) texnologiya nəhəngləri "Apple" və "Meta" şirkətlərini antiinhisar qanunlarını pozduqlarına görə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat verib.
"Bu gün Avropa Komissiyası müəyyən edib ki, "Apple" Rəqəmsal bazarlar haqqında qanunu (DMA), "Meta" isə istehlakçılara onları şəxsi məlumatlarından daha az istifadə edən xidmət seçimini təmin etmək üçün DMA üzrə üzərinə götürdüyü öhdəliyi pozub. Buna görə də Avropa Komissiyası "Apple" və "Meta" şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro cərimələyib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hər iki qərar maraqlı şirkətlərlə öz fikirlərini və arqumentlərini ətraflı şəkildə təqdim etməyə imkan verən geniş dialoqdan sonra qəbul olunub.
"Avropa Komissiyası" teqi üzrə xəbərlər
- Ursula fon der Lyayen: "Avropa İttifaqı "Şimal axını"na qarşı sanksiyalar hazırlayır"
- Mikayıl Cabbarov Gert Yan Koopman ilə görüşüb
- Fon der Lyayen Ukrayna üçün əsas təhlükəsizlik zəmanətini açıqladı
- Avropa Komissiyası Rusiya enerji daşıyıcılarından imtina planını təqdim etdi
- KİV: Brüsseldə Ursula fon der Lyayenin istefası gözlənilir