Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni keçib, bəzi regionlarda isə 47 dərəcəyə qədər qalxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın The Guardian nəşri yazır.
Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.
Qeyd edək ki, sonuncu dəfə temperatur rekordu 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınıb - müsbət 48 dərəcə.
S.B.
www.oxu.az