Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropadan ABŞ-yə getmək istəyən transgenderlərə çağırış edildi
Avropanın bəzi ölkələrində transgender və qeyri-binar vətəndaşları ABŞ-yə səfər etmək istəyərkən ehtiyatlı olmağa çağırıblar.
Bu barədə Oxu.Az "Axios" portalına istinadla xəbər verir.
Buna səbəb kimi federal hökumətdən yalnız iki cinsi tanımağı tələb edən Birləşmiş Ştatların Prezidenti Donald Trampın fərmanı göstərilir.
Sözügedən çağırışın Finlandiya, Danimarka və Almaniyada edildiyi bildirilib.
Bir neçə ölkənin vətəndaşı turist vizaları ilə bağlı problemlər səbəbindən ABŞ-nin miqrasiya xidməti tərəfindən saxlanılmasından sonra Birləşmiş Ştatlara səfər üzrə tövsiyələrdə bu cür dəyişikliklər edilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar