Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avstraliyada oğurlanmış helikopter hotelin damına çırpıldı: Ölən və yaralananlar var
Avstraliyada oğurlanmış helikopter "DoubleTree by Hilton" hotelinin damına çırpılıb.
Oxu.Az-ın vesti.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Kerns şəhərində baş verib.
Bildirilir ki, şəxsiyyəti hələ müəyyən edilməyən pilot helikopterdə tək olub. O, hadisə yerində həlak olub.
Şahidlərin sözlərinə görə, toqquşmadan sonra partlayış baş verib, bundan sonra hoteldə yanğın başlayıb. Helikopterin parçalarının bir hissəsi hotelin hovuzuna düşüb. İki qonaq (80 yaşlı kişi və 70 yaşlı qadın) xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Təxminən 400 nəfər təxliyə edilib və qonşu hoteldə yerləşdirilib.
Helikopterin sahibi olan "Nautilus Aviation" çarter şirkəti bildirib ki, helikopter oğurlanıb və uçuş icazəsiz həyata keçirilib.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu araşdırma aparır və pilotun şəxsiyyətini müəyyənləşdirir.
"Helikopter qəzası" teqi üzrə xəbərlər
- Helikopter qəzasında "Siemens" şirkətinin rəhbərlərindən biri və onun ailə üzvləri HƏLAK OLDULAR
- Yaponiyada helikopter radarlardan itdi
- Sensasiyalı kadrlar: "Vaqner" ÖHŞ-nin Moskvaya yürüşü zamanı "Ka-52" helikopterinin VURULMA ANI
- Rusiyada hərbi helikopter qəzaya uğradı: Ekipaj həlak oldu
- ABŞ-də helikopter qəzası: Pilot öldü