Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avstraliyadan olan ailə Malaysia Airlines-in 2014-cü ildə baş verən hər iki qəzasında zərər çəkib
Avstraliyalı İren və Corc Berrouz (Irene and George Burrows) Malaysia Airlines-in 2014-cü ildə uğradığı hər iki qəzada ailə üzvlərini itirib.
Oxu.Az The Independent-ə istinadən xəbər verir.
Berrouzların oğlu və gəlini mart ayında Hind okeanında izsiz itən MH370 reysi ilə yola düşmüşdülər. Sonra isə onun nəvəsi və qızlarının əri iyul ayının 17-də Amsterdam-Kuala-Lumpur reysi ilə uçan MH17 təyyarəsi ilə uçublar.
Yaşlı cütlük rəy bildirməkdən imtina ediblər. The Age xəbər verir ki, Ukrayna ərazisində qəzaya uğrayan “Boeing”də 28 Avstraliya vətəndaşı var idi. İren və Corc Berrouzun iki qohumunun adı avia-qəzada həlak olanların siyahısında idi.
“Boeing”də 283 sərnişin və 15 nəfər ekipaj üzvü olub. Avia-qəza nəticəsində hamı həlak olub.