Avstriyanın Qrats şəhərində məktəblilərə atəş açan şəxs məktəb binasında intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, intihar edən şəxs 21 yaşlı yerli sakin olub.
Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışmada 28 nəfər yaralanıb.
Oxu.Az bu barədə yerli "Krone" qəzetinə istinadla xəbər verir.
"Bild" qəzeti isə xəsarət alanların sayının 30 nəfər olduğunu xəbər verib.
Yaralılardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Avstriyada məktəbdə atəş açan yeniyetmə həmin məktəbin şagirdi olub və özünü zorakılıq qurbanı hesab edib.
Oxu.Az bu barədə "Kronen Zeitung" qəzetinə istinadla məlumat verib.
Polis onun meyitini məktəbin tualetlərindən birində tapıb.
Son rəsmi məlumatlara görə, atışma nəticəsində səkkiz nəfər həlak olub, onlardan yeddisi uşaqdır. Bəzi KİV-in iddialarına görə isə, hadisə nəticəsində 11 nəfər həyatını itirib.
Avstriyanın Qrats şəhərinin məktəblərindən birində odlu silahla ən azı 11 nəfər qətlə yetirilib.
Oxu.Az "Kronen Zeitung" nəşrinə istinadla xəbər verir ki, məktəbə hücum edən şəxs zərərsizləşdirilib.
Qəzet, həmçinin bildirir ki, ağır yaralıların sayı ikirəqəmlidir, lakin dəqiq məlumatlar hələ verilmir.
Bildirilir ki, hazırda binada əsaslı axtarış işləri aparılır.