Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyadan Azərbaycana qızını görməyə gələn kişi həbs edildi
Rusiyadan Azərbaycana övladını görməyə gələn kişi keçmiş həyat yoldaşını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Astara rayonunda baş verib.
Rayon sakini, 36 yaşlı kişi ailəsindən ayrılıb Rusiyaya gedib. O, ötən həftə Rusiyadan Astaraya gedib və keçmiş həyat yoldaşının himayəsində olan azyaşlı qızını görmək istəyib. Keçmiş həyat yoldaşının evinə daxil olan kişi evdə qadınla mübahisə edib. Mübahisə davaya çevrilib və o, qadını döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə 10 sutka inzibati həbs verilib.
Samir Əli
"Həbs qətimkan tədbiri" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏT: Əsir kimi saxlayıb zorla işlətdi
- Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu
- Həmkəndlisini döydüyü üçün həbs edilən şəxs nazirliyin əməkdaşıdır?
- Goranboyda QİSAS: İki yüz manat qarşılığında sahibkarın 70 minlik fermasını yandırdı
- "TikTok"da özünü şairə kimi təqdim edən İlhamə Elşadqızının həbs müddəti UZADILDI