Ermənistanın Sisyan-Vayk yolunda oktyabrın 29-u axşam ağır tonnajlı yük maşını dərin dərəyə düşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistan FHN-in mətbuat xidməti yaydığı məlumata görə, yük maşının üzərində konteyner olub.
Sürücü isə milliyyətcə azərbaycanlı İran vətəndaşı, 29 yaşlı Mehdi Həzrət oğlu Gercoy Əncəmi olub.
O, yolun hərəkət hissəsindən çıxaraq qaz borusuna dəyib. Nəticədə avtomobil 100 metr dərinliyə düşüb.
FHN zərər çəkmiş sürücünü xəstəxanaya yerləşdirib.
Onun durumu sabit ağır dəyərləndirilir.