İraqın paytaxtı Bağdad şəhərində minalanmış avtomobilin partladılması nəticəsində ən azı 15 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.
Terror aktı zamanı daha 50 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd olunur ki, partlayış əsasən şiələrin məskunlaşdığı Mədiant-əs-Sədr rayonunda baş verib.
S.B.
www.oxu.az