Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçıları Sakit okeanının dərinliklərində ABŞ-da təxminən 40 il əvvəl istifadəsi qadağan olunmuş kimyəvi maddələr aşkarlayıblar.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Sakit okeanın Mariana və Kermadec çuxurlarında yaşayan canlıların yağlı toxumalarında keçmişdə geniş istifadə edilən PCB və PBDE kimyəvi maddələri tapılıb.
Tədqiqatçılar vurğulayıblar ki, Mariana çökəkliyindəki PCB-nin səviyyəsi Çinin ən çirkli çaylarından olan Liaohenin ətrafındakı çəltik tarlalarındakından 50 dəfə çoxdur.
PCB kimyəvi maddəsi 1979-cu ildə ABŞ-da, 2001-ci ildə isə BMT-nin Stokholm Konvensiyası ilə bu təşkilata üzv ölkələrdə qadağan olunub.
S.B.
www.oxu.az