İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində azı 27 nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın cənub-qərb, ikinci isə - şərq hissəsində törədilib.
Bundan əvvəl İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin