"Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı diplomatik nümayəndəsi və Suriya üzrə xüsusi elçisi Tom Barrak Antalya Diplomatik Forumuna (ADF - 2026) dair "Fox News Digital"a verdiyi yazılı açıqlamasında bildirib.
Barrak ADF-də gündəmə gətirdiyi mövzulara istinad edərək, Donald Trampın xarici siyasət kursu və Türkiyə-ABŞ əlaqələrinə baxışı ilə bağlı düşüncələrini paylaşıb.
ABŞ səfiri Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərini əldə etməsi və bunun nəticəsində "F-35" layihəsindən çıxarılması ilə bağlı Vaşinqtonun mövqeyini xatırlatdıqdan sonra Ankaranın bu proqrama yenidən qayıtmasını arzuladıqlarını bir daha diqqətə çatdırıb.