Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Barselona” - “Real Madrid” matçı təkrar keçirilə bilər
“Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” İspaniya çempionatının “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.
Bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.
“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, - Laporta bildirib.
Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: gazeta.ru
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər