Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayden Ukrayna ilə İraqı səhv saldı - VİDEO
ABŞ Prezidenti Co Bayden Rusiyadakı vəziyyəti şərh edərkən Ukrayna ilə İraqı səhv salıb. O, Çikaqoya uçmazdan əvvəl Ağ Evin Cənub Qazonunda jurnalistlərlə söhbətləşib.
“Putin açıq-aydın İraqdakı müharibəni uduzur”, - deyə Amerika lideri bildirib.
Qeyd edək ki, bu, ilk belə hal deyil. 2022-ci ilin noyabrında Florida ştatında çıxış edərkən Bayden Ukraynanı İraqla qarışdırıb. Bir neçə gün sonra Ağ Evdə jurnalistlərin Ukrayna böhranının danışıqlar yolu ilə tənzimlənməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandıran dövlət başçısı bu dəfə Xersonu İraq Əl-Fəllucası ilə səhv salıb.
Xatırladaq ki, ABŞ Prezidentinin 2022-ci ilin noyabrında 80 yaşı tamam olub.
Mənbə: TASS
"İraq" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İraqdakı səfiri geri çağırdı
- İraq KİV: "Suriya 700 min iranlı və iraqlının vətəndaşlığını ləğv edib"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- İraq türkmənlərinin nümayəndəsi: "Qarabağ zəfəri bütün xalqlara ümid oldu"
- İraq Suriya hadisələrinə hərbi müdaxilə edəcək?
Rəylər