Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Baydenin Havay sakinlərinə danışdığı həyat hekayəsini media əhəmiyyətsiz adlandırdı - FOTO
ABŞ Prezidenti Cozef Bayden Maui adasındakı dəhşətli yanğınlardan sonra Havayda çıxış edib. O, yerli sakinlərə 2004-cü ildə evində baş verən yanğın barədə danışıb.
Baydenin sözlərinə görə, evinə ildırım düşüb və naqilləri zədələyib. Nəticədə siyasətçi az qala həyat yoldaşını, 67-ci il buraxılışlı “Corvette” avtomobilini və pişiyini itirəcəkdi.
ABŞ prezidenti qeyd edib ki, söhbət 15 il əvvəlki hadisədən gedir.
Lakin ABŞ mediası yanğının əhəmiyyətsiz olduğunu, şişirdildiyini bildirib. Həmin vaxt heç kim xəsarət almayıb, Co Baydenin həyat yoldaşı Cill özü yanğınsöndürənləri çağırıb və onlar 20 dəqiqə ərzində yanğının öhdəsindən gəliblər.
Mənbə: MK.RU
Rəylər