İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Bruklin Bekhem ailə həyatı qurub.
Bruklin Bekhem milyarder Nelson Peltsin qızı, aktrisa Nikola Peltslə izdivaca daxil olub.
Nikah mərasim aprelin 9-da Palm-Biçdəki (ABŞ, Florida ştatı) Pelts ailəsinin malikanəsində baş tutub.
Qeyd olunur ki, mərasim üçün Pelts ailəsinin mülkündə okean mənzərəsinə açılan və dəyəri 103 milyon dollar dəyərində qiymətləndirilən bir neçə çadır qurulub.
İddia olunur ki, mərasim ümumilikdə təxminən 3,6 milyon dollara başa gəlib.
Qonaqlara şənlikdə çəkiliş aparmaq qəti qadağan edilib.
Mənbə: Sky News
Rəylər