Belçika sakini “EuroMillions” lotereyasında 107,8 milyon avro udub.
Oxu.Az xəbər verir ki, bu barədə “EuroMillions”un Belçika təmsilçiliyindən bildiriblər.
Lotereyanın əsas mükafatına sahib çıxmaq üçün 62 rəqəm arasından 7-ni dəqiq təyin etmək lazımdı.
Bir biletin qiyməti 2,5 avro təşkil edir. Əsas mükafatı udmaq ehtimalı isə - 139,8 milyona bir şansdır.
“EuroMillions” lotereyası 2004-cü ildən oynanılır və bu kampaniyaya Fransa, Böyük Britaniya, İrlandiya, Avstriya, İspaniya, Portuqaliya, Lüksemburq, Belçika və İsveçrənin lotereya şirkətləri cəlb olunub.