Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev amerikalı sahibkar, "Tesla" və SpaceX" şirkətlərinin rəhbəri İlon Maska Berinq boğazı vasitəsilə Avrasiya və Şimali Amerikanı birləşdirəcək tunel tikmək təklif edib.
Oxu.Az xəbər verir ki, bu təşəbbüslə o, "X" sosial şəbəkəsindəki hesabında çıxış edib.
Bu, onun ABŞ-nin 35-ci prezidenti Con Kennedinin sovet sənədləri ilə bağlı paylaşıma cavab olub.
Dmitriyev layihəni modernləşdirməyi və onu "Putin-Tramp tuneli" adlandırmağı təklif edib. Dmitriyev qeyd edib, bu materiklərin birliyini simvolizə edəcək və əməkdaşlıq, iş yerlərinin yaradılması və iqtisadi artım üçün təkan olacaq.
Onun sözlərinə görə, layihəni səkkiz il ərzində və 8 milyard dollardan az xərclə həyata keçirmək olar.