Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BMT: “Əfqanıstanda zəlzələdə ölənlərin 90%-i qadın və uşaqlardır”
BMT rəsmiləri cümə axşamı bildiriblər ki, keçən həftəsonu Əfqanıstanın qərbində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin 90%-dən çoxu qadın və uşaqlardır.
UNICEF-in Heratdakı ofisinin rəhbəri Siddiq İbrahim zəlzələnin qadın və uşaqların evdə olduğu səhər saatlarında baş verdiyindən ölənlərin də daha çox qadın və uşaq olduğunu deyib. Bundan başqa, ilk zəlzələnin partlayış olduğunu düşünən insanların evlərinə qaçması da ölənlərin sayını artırıb.
Məlumata görə, Zenda-Canda əksəriyyəti qadınlar olmaqla yüzlərlə adam itkin düşüb.
Mənbə: unn.com
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar