"Ukraynadakı münaqişə hələ də həll olunmayıb, çünki Rusiya və Ukrayna ilə əldə edilən razılaşmalar hələ də bir-birinə uyğun deyil.
Oxu.az "Reuters"ə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin Ukrayna böhranının həlli üçün diplomatik səylərini şərh edərkən belə deyib.
"Biz Rusiya ilə bir razılaşma, sonra Ukrayna ilə başqa bir razılaşma görürük və onlar bir-birinə uyğun deyil. Açığı, biz hələ də həll yolundan uzağıq", - deyə o, "Reuters Next" konfransındakı çıxışı zamanı bildirib.