"Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı İsrailin Azərbaycandakı səfiri Ronen Krausz olub.
Səfir Azərbaycanda diplomatik missiyasının əsas prioritetləri, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin digər dövlətlər üçün nümunə ola biləcəyi məsələsi barədə sualları cavablandırıb.
O, həmçinin Azərbaycan-İsrail əlaqələrinin hansı sahələr üzrə daha da dərinə gedə biləcəyi barədə fikirlərini bölüşüb.
Proqramda dövlətlərarası səfərlərin münasibətləri yeni mərhələyə daşıması, iki ölkə arasında əməkdaşlığın strateji xarakter alması və xalqlar arasında dostluğun dövlətlərarası əlaqələrə təsiri ilə bağlı suallar da müzakirə olunub.
Daha ətraflı Baku TV-nin süjetində: