Yanvarın 17-də Boliviyanın çənubunda Tarixa departamentində sərnişin avtobusu çevrilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “El Dia” məlumat yayıb.
Məlumata görə, qəzada 13 nəfər ölüb, daha 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzanın qurbanları arasında iki uşaq var. Xəsarət alanlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıblar.
Polis baş verənləri araşdırır. İlkin məlumata görə, Koçabambadan istiqamət alan avtobus əyləclərin nasazlığı səbəbindən qəzaya uğrayıb.
N.O.
www.oxu.az