Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin avtomobillərlə toqquşması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ED24 telekanalı yerli polisə istinadən məlumat yayıb.
Boliviyanın səhiyyə naziri Marsela Flores xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Əvvəlki hesabatda 37 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, fevralın 27-də "C-130 Hercules" təyyarəsi El-Alto hava limanına eniş edərkən naməlum səbəblərdən uçuş zolağından çıxaraq, hava limanı yaxınlığındakı magistral yolda nəqliyyat vasitələri ilə toqquşub.
Faciənin mümkün səbəbləri arasında əlverişsiz hava şəraiti də istisna edilmir.