Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Boliviyada toqquşmalar səngimir - 5 nəfər ölüb, xeyli yaralı var - VİDEO
Boliviyanın Koçabamba şəhərində baş verən toqquşmalarda azı 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
"La Razon" nəşri yazır ki, hərbçilər və polis əməkdaşları Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarlarını şəhərə buraxmayıblar.
Nümayişçilərdən odlu silah və partlayıcı maddələr götürüldüyü bildirilir.
“Biz axıra kimi danışıqlar apardıq, lakin vəziyyət nəzarətdən çıxanda, polis qarışmalı və ictimai asayişi bərpa etməlidir”, - deyə yerli polis departamentinin başçısı Hayme Surita bildirib.
Evo Morales özünün “Twitter” səhifəsində qeyd edib ki, polis Koçabambada onun tərəfdarlarını öldürür.
Xatırladaq ki, noyabrın 10-da prezident Evo Morales də daxil olmaqla, Boliviyanın bütün ali rəhbərliyi ölkədə etirazlar fonunda istefa verib.
Rəylər