Sofiya, Bolqarıstanın Osmanlı imperiyasının işğalından azad edilməsinin 138-ci ildönümü şərəfinə təşkil edilmiş rəsmi mərasimə xarici dövlətlərin rəhbərlərinin çağırılmadığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a ölkənin XİN-in rəsmi nümayəndəsi Betina Joteva bildirib.
“Tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti barədə bütün şayiələr həqiqətə uyğun olmayan kobud manipulyasiyadır. Rəsmi tədbirlərdə Sofiyaya akkreditasiya edilmiş diplomatik missiyaların rəhbərləri iştirak edir”, - o qeyd edib.
Qeyd edək ki, martın 1-də “The Bulgarian Times” internet nəşri Bolqarıstanın Osmanlı işğalından azad olunması gününə dəvət etdiyini yazıb.
Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putinin çağırılmadığı qeyd edilirdi. Bu qərarın səbəbi kimi isə Sofiyanın Ankara ilə siyasi yaxınlaşması göstərilirdi.
12:21
Bolqarıstan hakimiyyəti ölkənin Osmanlı imperiyasından azad edilməsinin şərəfinə təşkil edilmiş tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət edib.
Oxu.Az “The Bulgarian Times”a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə isə dəvət göndərilməyib.
Məlumatda hakimiyyətin bu qərarına səbəb Türkiyə ilə siyasi yaxınlaşmanın olduğu bildirilir.
Qeyd edildiyi kimi, əsas arqumentlərdən birinin Bolqarıstanda ruslardan çox, türk əsgərlərinin öldüyü qeyd edilir.
1396-cı ildən 1878-ci ilə qədər Bolqarıstan Osmanlı imperiyasının tərkibində olub. Rusiyanın 1877-1878-ci illərdə rus-türk müharibəsində qələbəsi nəticəsində iki ölkə arasında bağlanımış “San-Stefan” müqaviləsi əsasında Bolqarıstan müstəqillik qazandı.