Böyük Britaniya Hərbi-Hava Qüvvələrinin “Tornado” döyüş təyyarələri “İslam Dövləti” terror qruplaşmasının İraqdakı mövqelərinə ilk zərbələr endirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Reuters” Britaniyanın müdafiə naziri Maykl Fellona istinadən məlumat yayıb.
O, endirilən hər iki zərbənin uğurlu olduğunu bildirib.
Bundan əvvəl Böyük Britaniya parlamenti “İslam Dövləti”nin mövqelərinə hava zərbələrinin endirilməsini dəstəkləyib. (APA)