Böyük Britaniya parlamentinin keçmiş deputatı, 78 yaşlı Enn Uiddikomb öz evində ölü tapılıb.
Oxu.Az "Sky News" telekanalına istinadən xəbər verir ki, polis günorta saatlarında daxil olan çağırış əsasında Uiddikombun Devondakı evinə gəlib və orada siyasətçinin ağır bədən xəsarətləri yetirilmiş cəsədini aşkar edib.
Axşam saatlarında hüquq-mühafizə orqanları qətl şübhəsi ilə 26 yaşlı Böyük Britaniya vətəndaşının saxlanıldığını elan ediblər. Saxlanılan şəxsin kimliyi və cinayəti törətmə motivi barədə hələlik əlavə məlumat verilmir.
Qeyd edək ki, Enn Uiddikomb 1987-2010-cu illərdə Mühafizəkarlar Partiyasından parlamentin üzvü olub. Siyasətçi ailə dəyərləri, immiqrasiya və Avropa inteqrasiyası məsələlərində sərt mühafizəkar baxışları ilə tanınırdı.