ABŞ-nin Braziliyanın ən böyük cinayətkar şəbəkələrini terror təşkilatları kimi tanıması barədə son qərarı ölkə üçün ciddi təhlükələr formalaşdırır.
Oxu.Az "CNN Brasil"ə istinadən xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieyra açıqlama verib.
"Amerika rəsmilərinin bu addımı Braziliya vətəndaşları üçün maliyyə və miqrasiya sahələrində mənfi nəticələrə səbəb ola bilər. Bununla yanaşı, Birləşmiş Ştatların Braziliya ərazisində hərbi güc tətbiq etməsi riski də mövcuddur", - deyə diplomat vurğulayıb.
Telekanalın məlumatına əsasən, Braziliya Xarici İşlər Nazirliyindəki mənbələr hesab edirlər ki, Vaşinqtonun "Comando Vermelho" və "Primeiro Comando da Capital" qruplaşmalarını "beynəlxalq terror təşkilatları" siyahısına daxil etməsi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində əməkdaşlığı inkişaf etdirməyəcək.