Venesuelada baş verən zəlzələlər zamanı həyatını itirənlərin sayı artıb.
Oxu.Az-ın İHA-ya istinadən xəbərinə görə, bu barədə Venesuela Rabitə və İnformasiya Nazirliyindən məlumat verilib.
Məlumata görə, iyunun 24-də ölkədə baş verən zəlzələlərdə ölənləri sayı 3 535-ə çatıb.
Həmçinin yaralıların sayı 16 740 olaraq dəyişməz qalır, 25 016 zəlzələ qurbanına isə tibbi yardım göstərilib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib. Zəlzələlər bir çox bölgədə genişmiqyaslı dağıntılara səbəb olub. Venesuela Rabitə və İnformasiya Nazirliyinin əvvəlki açıqlamasında ölənlərin sayının 3 342, yaralıların sayının isə 16 740 olduğu bildirilmişdi.