Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2025-ci ilin may ayından bəri ilk dəfə 59 dollardan az olub.
Oxu.Az bu barədə ICE birjasının məlumatına istinadla xəbər verir.
Məlumata görə, Bakı vaxtı ilə saat 19:21-də "Brent" markalı neftin qiyməti 1 barelə görə 2.72% ucuzlaşaraq 58.91 dollar olub.
Qeyd edək ki, "Brent" Norveç və Böyük Britaniya sahilləri arasında hasil edilən neft markasıdır.