Fransanın brinci xanımı Bricit Makronun təyyarədə həyat yoldaşı, prezident Emmanuel Makronun üzünə şillə vurmasının ardınca nə dediyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Daily Express" nəşri dodaqdan oxuyan ekspertə istinadla xəbər verib.
Mütəxəssisin sözlərinə görə, Bricit təyyarədən enərkən Makronun ünvanına sərt ifadə işlədib.
Ekspert onun sözlərini belə çatdırıb: "Degage, espece de loser". Yəni "Məndən uzaq dur, uğursuz".
Xatırladaq ki, qalmaqallı hadisə mayın 26-da Vyetnamın Hanoy şəhərində prezident təyyarəsində baş verib. Video sürətlə yayılıb və Yelisey sarayı tərəfindən onun həqiqiliyi təsdiqlənib.