Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun ona şillə vurması ilə bağlı yayılan qalmaqallı görüntülərə münasibət bildirib.
Oxu.Az 1tv.ru-ya istinadla xəbər verir ki, Fransa lideri insidenti zarafat kimi dəyərləndirib:
"Həyat yoldaşımla mübahisə edirdik, daha doğrusu, zarafatlaşırdıq. Bunun bir növ qlobal fəlakətə çevrilməsinə təəccüblənirəm və bəzi insanlar bunu izah etmək üçün hətta fərziyyələr irəli sürürlər. Biz sadəcə zarafat edirdik, bunu kifayət qədər tez-tez edirik", - deyə o vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun təyyarədən enərkən yaşadığı maraqlı anlarla bağlı Yelisey sarayından açıqlama verilib.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə Bricitin ərinə şillə vurduğu görüntülərin yayılmasından sonra, saray bu hadisəni "səs-küy yaratmaq istəyi" və "zarafat" kimi dəyərləndirib.
Rəsmi açıqlamada qeyd olunub ki, cütlük bu cür davranışlarla rəsmi tədbirlər öncəsi bir qədər rahatlamağa çalışır.
Prezident Administrasiyası əlavə edib ki, bu hadisə əhəmiyyətsizdir və qəribə yozumlara, həmçinin konspirasiya nəzəriyyələrinə əsas verməməlidir.
Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Hadisə dövlət başçısının təyyarəsində baş verib.
Bricit Makron ərinə şillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib. Bu anlar isə fotoqrafların obyektivinə düşüb - təyyarənin trapından enərkən çəkilən kadrlar mətbuatda səs-küyə səbəb olub.