Britaniya hərbi rəhbərliyi nüvə silahlarının Almaniya ilə birgə istifadəsinin tərəfdarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Məlumata görə, krallığın Müdafiə Qərargahının keçmiş rəisi və NATO-nun baş katibi də daxil olmaqla, yüksəkvəzifəli hərbi rəsmilər Böyük Britaniyanı Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara başlamağa çağırıblar.
Nəşr həmçinin qeyd edir ki, bu cür təkliflər yaxın gələcəkdə ABŞ-nin Avropanın təhlükəsizliyinin qarantı kimi çıxış etməyəcəyi ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb.
Bildirilir ki, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb.