ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumdan sonra Böyük Britaniya öz hərbi obyektlərində mühafizə səviyyəsini ən yüksək həddə qaldırıb.
Oxu.Az-ın mk.ru-ya istinadla məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Con Hil bəyan edib.
Nazir gücləndirilmiş mühafizənin konkret hansı obyektlərə aid olduğunu açıqlamayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Yaxın Şərqdəki əməliyyatları üçün əsas hərbi bazası Kiprdə yerləşir.
Xatırladaq ki, bazar gününə keçən gecə ABŞ İranın nüvə obyektlərinə kütləvi zərbələr endirib. ABŞ prezidenti bunun ardınca sülh vaxtının çatdığını bəyan etsə də, Tehrana cavab hücumları halında daha ciddi nəticələrlə hədələyib.