Britaniyada milyonlarla sakinin istifadə etdiyi "Lloyds Bank" tətbiqində genişmiqyaslı texniki nasazlıq baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Metro" portalı məlumat yayıb.
Qeyd olunur ki, problemlər haqqında məlumatlar səhər erkən daxil olmağa başlayıb və o vaxtdan bəri qeydə alınan şikayətlərin sayı kəskin şəkildə artıb.
Nasazlıq əsasən mobil bankinqlə və tətbiqlə bağlıdır. Müştərilərdən biri hesablarını ödəmək üçün başqa bankdan pul köçürdüyünü, lakin tətbiq donduğu üçün hazırda öz pullarına çıxış əldə edə bilmədiyindən şikayətlənib.
Bankın mətbuat xidməti üzr istəyib və vəziyyəti düzəltmək üçün işlər görüldüyünü deyib.