“Evə dön, mən sənsiz öləcəm!” bu, yeganə oğluna müraciət edən ananın fəryadıdır.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Riyad Xan Böyük Britaniya vətəndaşıdır, islamçılar tərəfindən döyüşmək üçün İraqa yola düşüb.
Doğmaları bundan xəbərsiz olublar. Bir neçə aydan sonra anası oğlu Riyadı təbliğat videosunda görüb, bu videoda Riyad gənc müsəlmanları əllərinə silah alıb İraq və Suriyada cihada qoşulmağa çağırırdı.
Bu kadrlar britaniyalıları sarsıdıb. Onların həmvətənlisi, 20 yaşlı gənc cihadın hər bir müsəlmanın müqəddəs borcu olduğunu və onu yerinə yetirməyin vacib olduğunu söyləyirdi.
Riyad Xanı tanıyanlar bunu heç təsəvvür edə bilməyəcəklərini söyləyirlər, - axı o, gənc islamçıları pisləyirdi və Britaniyanın baş naziri olmağı arzulayırdı.
Riyadın anası hesab edir ki, onun oğluna moizə oxuyaraq “ağlını qarışdırıblar”:
“Mən sarsıldım, onun xasiyyəti necə də dəyişib. O, mehriban, yaxşı oğlan idi, belə oğula hər ana sahib olmaq istərdi. O, çox həssas biri idi, ailəsinin qayğısına qalırdı və hər zaman yardım etməyə hazır idi. O, bütün anaların arzuladığı kimi bir oğul idi!”.
Aydın olub ki, Riyad 2012-ci ildə Londonda terror aktının təşkil edilməsində şübhəli bilinən üç nəfərlə eyni küçədə yaşayırmış.
Britaniya kəşfiyyatının məlumatına görə, İraq və Suriyada cihada gedənlərin içində 1000 nəfər krallıq vətəndaşı var.