Nisbətən müasir və sivil cəmiyyətdə yaşadıqda barbar adətləri adama uzaq və inanılmaz gəlir. Fotoqraf Ziqfrid Modolanın Keniyadan fotoreportajı - qızların sünnəti kimi bəzi dəhşətli mərasimlərin bədbəxtlikdən həqiqət olduğunu xatırladır.
Yeniyetmə qızların, onları “nikaha hazırlamaq” (yəni seksdən fiziki həzz almamaq) üçün sünnət mərasimi, rəsmi olaraq Keniyada üç il öncə qadağan edilib. Amma de-fakto ayin hələ də yerinə yetirilir.
Keniyada qadınların dörddən biri, həm də çöl şəraitində, əl altında olan kəskin vasitələrdən istifadə edilərək sünnətə məruz qalıblar.
Bu prosedur əsasən Keniyada kənd yerlərində yayılıb. Fotoqraf Pokot tayfasında qonaq olub və dörd yeniyetmə qızın sünnət mərasimini fotolarda əks etdirib.
Pokot tayfasının qadınları mərasim üçün məkan hazırlayırlar.
“Əməliyyat” cinsiyyət orqanının bütün xarici hissəsinin kəsilməsi və tikilməsini nəzərdə tutur, bu, qızın gələcəkdə əri ilə cinsi yaxınlıqdan həzz almaması üçündür.
Mərasimi tayfanın qadınları yerinə yetirir.
Ülgüc, qayçı və ya sadəcə iti şüşə parçasından istifadə edilir.
Prosedur çox ağrılıdır, qanaxma şoka, gələcəkdə isə doğuş zamanı çətinliklərə gətirib çıxara bilər.
Mərasim “uşaqlıqdan qadınlığa keçid” hesab edilir. Mərasimdən sonra qızları heyvan dəriləri ilə bəzəyərək ağ rənglə boyayırlar.
Keniyanın Mariqat şəhərindən 80 km uzaqlıqda yerləşən kənddə sünnət edilən Pokot tayfasından olan bir qız.
Pokot tayfasında dörd yeniyetmə qızın sünnət mərasimi.
Digər qızlar öz növbələrini gözləyirlər.
BMT-nin məlumatına görə, Afrika və Yaxın Şərqin 29 ölkəsində 125 milyon qadın sünnət edilib.
Keniya qanunvericiliyi qadın sünnəti üçün ömürlük həbs cəzası nəzərdə tutub. Hal-hazırda ölkə hakimiyyəti 50 belə hadisəni araşdırır. Məmurlar ayinlə mübarizə edirlər, amma tayfalar kök salmış bu adətlərdən əl çəkmək istəmirlər.