Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda çörəyin içindən telefon çıxdı - FOTO
Bakıda İstintaq təcridxanasına gətirilən çörəyin içindən telefon çıxıb.
Oxu.Az xəbər verir ki, bu haqda məlumatı Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Məlumatda deyilir ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Ramin Tahir oğlu Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ramin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 66.3. maddələrinə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?