Budapeşt Yay Olimpiya Oyunlarına 2024-cü ildə ev sahibliyi etmək üçün seçkilərdə iştirakdan imtina etdi.
Oxu.Az xəbər verir ki, müvafiq qərar Macarıstan hökumətinin rəhbəri Viktor Orbana, Budapeşt meri İştvan Tarloş və Milli Olimpiya Komitəsinin rəhbəri Jolta Borkanın birgə görüşündə qəbul edilib.
Qeyd edildiyi kimi, bu qərara səbəb Yay Olimpiya Oyunları-2024-ün əleyhinə referendumun keçirilməsi ilə əlaqədar Macarıstanın 266 min vətəndaşının iştirak etdiyi etiraz aksiyası olub.
Beləliklə, seçkidə iki şəhər qaldı – Paris və Los-Anceles. Yay Olimpiya Oyunları-2024-ün paytaxtının final seçkiləri 2017-ci ilin sentyabr ayının 13-də Limada (Peru) keçiriləcək.
N.O.
www.oxu.az