ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatına işləməkdə şübhəli bildiyi çinli qadın sahibkar Elis Huanq vətəninə dönüb.
Oxu.Az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hazırda Huanq Pekində məskunlaşıb və Çin təhlükəsizlik qurumları onun yeri barədə məlumatlıdır. Lakin sahibkarın Çinin paytaxtına nə zaman və hansı səbəbdən gəldiyi, eləcə də hazırda nə işlə məşğul olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Huanq daha öncə "Nvidia" prosessorlu serverlər satın alan Sinqapurun "Megaspeed International" şirkətinin rəhbəri olub. Həmin avadanlıqlar müxtəlif müştərilərə, o cümlədən Çin korporasiyalarına icarəyə verilirdi. "Alibaba" şirkəti də həmin sifarişçilərin siyahısında yer alırdı. Sahibkarın adı "Nvidia"nın baş direktoru Censen Huanqla mümkün eşq macərası barədə yayılan xəbərlərdən sonra beynəlxalq qalmaqala qarışıb. ABŞ kəşfiyyatı qadının Çin xüsusi orqanları ilə əlaqəli olduğundan şübhələnir. Öz növbəsində Pekin bu cür ittihamları rədd edir.