Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çavuşoğlu: Pompeo, yəqin ki, məni anladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqalından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ilk dəfə bir araya gəlib.
Oxu.Az-ın “Sözçü”yə istinadən xəbrinə görə, hər iki diplomat görüşdə Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də, amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.
Çavuşoğlu mediaya mənsublarına açıqlamasında isə “Söhbətimizdə təhdid dili və sanksiyalarla bir nəticəyə varılmayacağını söylədim. Odur ki, sözlərimin anlaşıldığını və nəzərə alınacağını düşünürəm”, - deyib.
Qeyd edək ki, son 15 gün ərzində Çavuşoğlu ilə Pompeo dörd dəfə telefonla danışıb.
Tərəflər arasında sonuncu dəfə avqustun 1-də Maykl Pompeonun təşəbbüsü ilə telefon danışığı olub.
Onu da qeyd edək ki, ABŞ 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişində iştirakda şübhəli bilinən rahib Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Sinqapur" teqi üzrə xəbərlər
- "Mercedes" Sinqapurda maşınların rəngini dəyişəcək
- "TikTok"un baş qərargahında kütləvi zəhərlənmə baş verib
- Sinqapur sahillərində iki neft tankeri yanır
- Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
- Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur” - MÜSAHİBƏ
Rəylər