Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cennifer Lopes ilk dəfə Ben Afflekdən boşanması ilə bağlı xəbərlərə reaksiya verdi
Məşhur müğənni Cennifer Lopes aktyor Ben Afflekdən boşanması ilə bağlı yayılan xəbərlərə ilk dəfə reaksiya verib.
Lopes "Atlas" filminin Mexikoda baş tutan premyerasına qatılıb. Tədbirdə müxbirlərdən biri müğənnidən Ben Afflekdən ayrılması ilə bağlı xəbərlərə münasibət bildirməsini istəyib. Bu zaman söhbətə onun filmdə həmkarı olan Simu Lyu qarışıb və bunun müzakirə mövzusu olmadığını bildirib. Bundan sonra Cennifer Lopes jurnalistə qısa cavab verib.
"Siz daha yaxşı bilirsiniz", - deyə müğənni qeyd edib.
Xatırladaq ki, keçən həftə insayderlərdən biri Lopes və Afflekin münasibətlərində ciddi problemlər olduğunu yazıb. İddialara görə, aktyor bu yaxınlarda təxminən 60 milyon dollar dəyərində olan evindən köçüb.
"Onlar böyük ehtimalla, iki ildir axtardıqları xəyallarındakı evi satmalı olacaqlar. Onlar heç vaxt bir-birilərini sevməkdən vaz keçməyəcəklər, lakin Cennifer onu idarə edə bilmir, Ben isə Cenniferi dəyişdirə bilmir. Bunun davam etməsi qeyri-mümkündür", - deyə insayder bildirib.
Eyni zamanda, mayın 19-da Cennifer Lopes və Ben Afflek ictimaiyyət arasında birlikdə görüntüləniblər. Onlar teatrdan çıxaraq avtomobillərinə doğru gediblər və maşında güldükləri, şən olduqları diqqət çəkib.
Mənbə: "Daily Mail"
"Cennifer Lopes" teqi üzrə xəbərlər
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib
- Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?
- Cennifer Lopes Ben Affleklə ayrılıqdan sonra başqa kişi ilə görüntüləndi
- Cennifer Lopes Ben Affleklə boşanandan sonra əməliyyat etdirdi
- Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi
Rəylər