Koreya Respublikasının Silahlı Qüvvələri Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sərhəddə xəbərdarlıq atəşi açıb, Pxenyanda bu insidenti təxribat sayırlar.
Oxu.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya Xalq Ordusunun Baş Qərargah rəisinin müavini general-leytenant Ko Çon Çhol deyib.
Onun sözlərinə görə, avqustun 19-da Cənubi Koreya ordusunun hərbçiləri 12.7 mm-lik iriçaplı pulemyotdan 10-dan çox atəş açıblar:
"Bu cür hərəkətlər nəhəng silahlı kontingentlərin qarşı-qarşıya dayandığı cənub sərhəd bölgəsindəki vəziyyəti idarəolunmaz vəziyyətə gətirə biləcək çox narahatedici əlamətdir və ordumuz indiki vəziyyəti diqqətlə izləyir".